Tekstil Modulu
Tekstil modulu vahid mərkəzdən bir çox mağazanın idarə edilməsini həyata keçirir. Malların barkodla və ya RFID ilə mədaxilini və satışını həyata keçirə biləcəyiniz bu proqram eyni zamanda müştəri məmnuniyyətini artırmağa istiqamətlənmiş fəaliyyətləri də əhatə edir.
- Avtomatik barkodlama və ya malın üzərində gələn barkoddan istifadə edilməsi
- İdxal xərclərinin malın maya dəyərində nəzərə alınması
- Elektron variantda gələn mədaxil sənədlərinin sistemə import olunması
- Zaman intervalına (mövsümə) görə satışı təqib edə bilmə və analitik məlumatlar alınması
- Mükafatların kvota və nisbətini hər bir satıcıya görə ayrı-ayrılıqda müəyyənləşdirə bilmək üçün satış prosesini satıcı əsaslı təqib edilməsi
- Fərqli tarix aralıqları üçün, mal və mal qruplarına görə mükafatlandırma sisteminin qurulması
- Satışın artıb-azalma tempinin təqib edilməsi
- Malın tipinə, markasına və koduna görə endirimlər edilməsi
- Mallarınızı tip, marka, kod, rəng, ölçü və digər parametrlərə görə çeşidlərə ayırma və bu göstəricilər əsasında filtrləmə edilməsi
- Miqdara (qutu, ədəd və s.) görə barkodlu satışın həyata keçirilməsi
- Qaytarılma və dəyişdirilmə əməliyyatlarının yerinə yetirilməsi
- Müştərinizin sifarişlərini və çatdırılmasını təqib edə bilmə, sifariş zamanı ilkin ödəməni alınması
- Mağazada proqram inteqrasiyalı rəqəmsal reklam vasitələrindən istifadə olunması
- Detallı fakturanı müştəriyə dərhal təqdim edilməsi
- Malların əl terminalı vasitəsilə mağazalar arası bölüşdürülməsi, sayılması, satışı və s. əməliyyatların aparıla bilmə imkanı
- Kassa əməliyyatları
- Gündəlik kassa hesabatını detallı və ya xülasə şəklində alınması
- Istənilən tarix intervalı üçün (gündəlik, aylıq, rüblük və s.) kassa hesabatı
- Həyata keçirilən satış, qaytarılma və ləğv etmə əməliyyatlarının gün sonu hesabatları ilə ətraflı olaraq təqib olunması
- Bütün ödəniş vasitələrindən (nağd və nağdsız) istifadə olunması
- Hesablaşmaların istənilən valyuta növü ilə aparılması
- CRM (müştərilərlə əlaqələrin idarə edilməsi)
- Müştərilərinizə aid məlumatların detallı təqibi
- Müştəri qruplarına görə qiymət və güzəştlərin təyin edilməsi
- Müştərilərinizin yaş, peşə, təhsil və s. səviyyəsi ilə bağlı seqmentləşdirmə əmələ gətirərək məhsul çeşidliliyini buna görə nizamlana bilinməsi
- Satış anında müştəriyə aid alış-veriş statistikasını görə bilmə
- Satılan malların çeşid müxtəlifliyinin (rəng, model, ölçü və s.) statistikası əsasında müştərilərinizin tələbini müəyyən etmə imkanı
- Təchizatçı əməliyyatları
- Satınalma sifarişlərinizi iki mərhələli olaraq (sifariş tələb və sifariş təsdiq) təqib edə bilər, istənilən valyuta növü ilə hesablaşmanı həyata keçirə bilərsiniz
- Mal və tədarükçü əsasında satınalma sifarişlərinizin statistikasının əldə olunması
- Satınalma sifarişlərinizin e-mail vasitəsilə avtomatik olaraq tədarükçülərə göndərilmə imkanı
- Təchizatçılarla hesablaşmaların təqib edilə bilmə imkanı
- Anbar idarəetməsi
- Mal qrupları (marka, model, mövsüm və s.) müəyyənləşdirərək bu qruplar əsasında statistik məlumatların əldə olunması
- Anbarlarla əlaqəli bütün giriş-çıxış sənədlərinin nizamlanması, anbarlararası transferlərin və sayma əməliyyatlarının həyata keçirilməsi
- Anbar və mağaza əsasında mal qalığı təqibi
- Verilən sifarişlər istiqamətində anbar giriş-çıxış sənədlərinin hazırlanması
- Bütün anbarlardakı mal qalıqlarının vəziyyətinin tək bir hesabat üzərindən təqibi
- Əl terminalları ilə sayma əməliyyatı sayəsində anbar qalıqlarını müqayisə edə və itkiləri təqib edə bilərsiniz.