Onlayn kassa (e-kassa) nədir?
E-kassa — satış məlumatlarını real vaxtda Dövlət Vergi Xidmətinə ötürən yeni nəsil nəzarət-kassa aparatıdır (NKA). O, iki hissədən ibarətdir: proqram kassası və nəzarət mexanizmi qurğusu. Ölkədə yalnız dövlət reyestrinə daxil edilmiş modellərdən istifadə etmək olar; qeydiyyat, quraşdırma və texniki xidmət rəsmi e-kassa operatorları vasitəsilə aparılır.
Simple Kassa — dövlət reyestrinə alınmış onlayn kassa
Simple Kassa rəsmi e-kassa operatoru NBA Technologies International ilə birlikdə dövlət reyestrinə alınıb. Kassanın qeydiyyatı, quraşdırılması və texniki xidməti bir yerdən həll olunur, satışlar isə Simple ERP-nin anbar və mühasibat modulları ilə avtomatik birləşir.
- E-kassa operatoru
- NBA Technologies International
Mənbə: e-kassa.gov.az
E-qaimə-faktura necə işləyir?
Elektron qaimə-faktura 1 aprel 2017-ci ildən ƏDV ödəyiciləri üçün tətbiq olunur. Qaimə iki yolla hazırlanır: onlayn — gücləndirilmiş elektron imza (ASAN İmza və ya SİMA) ilə İnternet Vergi İdarəsinin "Elektron qaimə" alt sistemində; oflayn — "Elektron Faktura Tərtibatı" (eFP) proqramında hazırlanıb adoc/edoc paketi kimi sistemə yüklənir. Hər qaiməyə seriya və nömrə verilir, satıcı göndərilmiş qaiməni e-imza ilə ləğv edə bilər.
Simple ERP-də satış, alış və anbar sənədləri bir yerdə aparılır — qaimələrin uçotla uzlaşdırılması üçün komandamız prosesi sizinlə birlikdə qurur. Simple ERP
Mənbə: www.taxes.gov.az
POS terminal və banklar
Kartla ödəniş qəbul etmək üçün POS terminalı kommersiya bankı (ekvayer) quraşdırır. Bank müraciəti sənədlər təqdim edildikdən sonra adətən 3 iş günü ərzində araşdırır və terminalı vergi orqanında elektron qaydada qeydiyyata alır. Simple Kassa aşağıdakı bankların POS terminalları ilə inteqrasiya olunur — kartla ödəniş məbləği kassadan terminala avtomatik ötürülür, nağd, kart və QR ödənişləri isə uçotda ayrıca görünür.
Simple Kassa ilə inteqrasiya olunan banklar
- Kapital Bank (Birbank)
- PAŞA Bank
- ABB
Mənbə: nk.gov.az
Ödəniş sistemləri və QR ödənişlər
Kart şəbəkələri, mobil cüzdanlar və onlayn ödəniş provayderləri müştərinin ödəmə üsulunu müəyyən edir. Market və restoranlarda ən çox istifadə olunanlar:
- Azericard
- Visa
- Mastercard
- Apple Pay
- Google Pay
- Birbank QR
- m10
- MilliÖN
- eManat
- Portmanat
- Epoint
- Payriff
- GoldenPay
Qısa lüğət
- NKA
- Nəzarət-kassa aparatı — nağd və kartla satışları qeydə alan, vergi orqanına bağlı qurğu.
- Fiskal çek
- E-kassanın verdiyi, fiskal ID ilə vergi sistemində yoxlanıla bilən satış çeki.
- X və Z hesabat
- X — növbə ərzində ara hesabat; Z — növbəni bağlayan və məlumatı sıfırlayan yekun hesabat.
- Ekvayrinq
- Bankın biznes adından kart ödənişlərini qəbul etməsi xidməti; POS terminal və ya SoftPOS ilə işləyir.
- VÖEN
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi — qaimə, kassa və bank sənədlərində tələb olunur.
- ƏDV
- Əlavə dəyər vergisi. ƏDV ödəyiciləri satışları elektron qaimə-faktura ilə rəsmiləşdirir.
- Gücləndirilmiş e-imza
- ASAN İmza və ya SİMA — e-qaimə göndərmək və ləğv etmək üçün tələb olunur.
- Barkod (ştrix-kod)
- Məhsulun kodlaşdırılmış nişanı; skaner ilə oxunur, kassada və anbarda səhvləri azaldır.
Tez-tez verilən suallar
Simple Kassa dövlət reyestrinə alınıbmı?
Bəli. Simple Kassa rəsmi e-kassa operatoru NBA Technologies International ilə dövlət reyestrinə alınmış onlayn kassadır — qeydiyyat, quraşdırma və texniki xidmət daxil olmaqla.
E-qaimə kimlər üçün məcburidir?
Vergi Məcəlləsinə əsasən ƏDV ödəyiciləri və Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər sahibkarlıq fəaliyyəti üzrə mal, iş və xidmət təqdimatlarını 1 aprel 2017-ci ildən elektron qaimə-faktura ilə rəsmiləşdirir.
POS terminalı necə əldə etmək olar?
Biznes hesabınız olan banka müraciət edirsiniz. Bank sənədləri adətən 3 iş günü ərzində araşdırır, terminalı quraşdırır və vergi orqanında elektron qaydada qeydiyyata alır.
Simple Kassa hansı bankların POS terminalları ilə inteqrasiya olunur?
Simple Kassa Kapital Bank (Birbank), PAŞA Bank və ABB-nin POS terminalları ilə inteqrasiya olunur: kartla ödəniş məbləği kassadan terminala avtomatik ötürülür, kassirin əl ilə yazmasına ehtiyac qalmır.
Simple Kassa fiskal aparatlarla işləyirmi?
Bəli. Simple Kassa fiskal aparatlarla inteqrasiya olunur, oflayn rejimdə işləyir və satışları Simple ERP-nin anbar və mühasibat modulları ilə avtomatik birləşdirir.
1C, LOGO və ya başqa proqramdan Simple ERP-ə keçmək mümkündürmü?
Bəli. Softech məhsul kataloqunu, qalıqları, kontragentləri və borcları köhnə sistemdən köçürür, istifadəçiləri öyrədir və keçid dövründə dəstək verir.